Lukaşenko: dizi üstə yaşamaqdansa ayaqda ölmək daha yaxşıdır

Belorus Prezidenti Aleksandr Lukaşenko koronavirus səbəbiylə qrafikdəki dəyişiklik haqqında soruşduqda cavab verib ki, dizi üstə yaşamaqdansa, ayaqda ölmək daha yaxşıdır.

Lukaşenko: dizi üstə yaşamaqdansa ayaqda ölmək daha yaxşıdır
https://peyk.az

Peyk.az xəbər verir ki, Lukaşenko izah edib ki, viruslar onun cədvəlinə təsir göstərmir.

Belarusda 94 nəfər koronavirusa yoluxub.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vəətndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib.

Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.