Home İdman Luka Modriç “Qızıl top” mükafatını qazandı

Luka Modriç “Qızıl top” mükafatını qazandı

94
0

İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç “France Football” jurnalının versiyası ilə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb və “Qızıl top” mükafatını qazanıb.

PEYK.AZ-in məlumatına görə 33 yaşlı xorvatiyalı futbolçuya mükafat Fransanın paytaxtı Parisdə keçirilən mükafatlandırma mərasimində təqdim edilib.

Müxtəlif ölkələrdən jurnalistlərin səsverməsindən sonra Luka Modriç 753 xal toplayıb. İkinci yerdə 476 xalla “Yuventus” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu, üçüncü yerdə isə 414 xalla İspaniyanın “Atletiko Madrid” klubunun fransalı futbolçusu Antuan Qrizman qərarlaşıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here