Məhkəmə arvadına işgəncə verən şəxsin şikayətini təmin etmədi

Ali Məhkəmədə Abşeronda arvadına işgəncə verməkdə ittiham olunan E.Quliyevin kassasiya şikayətinə baxılıb. 

Məhkəmə arvadına işgəncə verən şəxsin şikayətini təmin etmədi
https://peyk.az

Peyk.az axeber.aza istinadən xəbər verir ki, xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, E.Quliyev 2012-ci ildə arvadı N.Kərimova ilə rəsmi qaydada boşanıb. O, 2018-ci ilin sentyabrında keçmiş arvadı ilə barışıb və onunla Xırdalan şəhərində mənzillərdən birində yaşamağa başlayıb.
 
Birgə yaşadıqları müddətdə E.Quliyev mütəmadi olaraq qısqanclıq zəminində onunla mübahisə edib. Arvadını daim döyüb və ona zorakı hərəkətlər edib.
 
Ərinin əzab verməsinə dözməyən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra polis E.Quliyevi həbs edib.
 
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham elan edilib.
 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.Quliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib.
 
Belə ki, E.Quliyevin cəzası 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz olunub. Məhkəmə zalından azadlığa buraxılan E.Quliyevin Xırdalan və Bakı şəhərlərindən kənara çıxmamaq barədə qərar qəbul edilib.