Məmmədyarov Zərifə zəng etdi: Süleymaninin ölümü...

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Məmmədyarov Zərifə zəng etdi: Süleymaninin ölümü...
https://peyk.az

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb.

E.Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.