Məmur iti sürüdü, cinayət işi açıldı - FOTO

Ukraynada anasını dişləyən iti cəzalandıran məmura qarşı "heyvanlara qarşı qəddarlıq" maddəsi üzrə cinayət işi açılıb.

Məmur iti sürüdü, cinayət işi açıldı - FOTO
https://peyk.az

Peyk.az metbuat.az-a istinadən xəbər verir ki, insident 17 noyabrda Xmelnitsk bölgəsinin Krasilovski rayonunun Kuzmin kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, Xmelnitsk Regional Arxivinin direktoru Vladimir Baydiç iti anasını dişlədiyinə görə avtomobilinə bağlayaraq 1, 5 km yol boyü sürüyüb. İnsidenti xüsusi qüvvələrin əsgəri gördükdən sonra məmurun əməlinə son qoyub. O, ağır yaralanmış iti dərhal baytarlıq klinikasına aparıb. Hazırda o, həkimlərin nəzarəti altındadır.

Həmin itin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra heyvanları qoruma cəmiyyətlərinin müraciətindən sonra polis hərəkətə keçib.

Hadisəni törədən V. Baydiçi altı aydan üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məmur iti sürüdü, cinayət işi açıldı - FOTO