"Mən Şəbnəmi tanıyanda onun ailəsi var idi" — Nazilə Səfərli

"Mən Şəbnəmi tanıyanda onun ailəsi var idi" — Nazilə Səfərli

Şairə Nazilə Səfərli müğənni Şəbnəm Tovuzlu haqqında danışıb.
Peyk.az "Ölkə.Az"a istinadən xəbər verir ki, "Space" telekanalında yayımlanan "Axşam-axşam" verilişinə qonaq olan Səfərli, Şəbnəmi illər öncədən tanıdığını bildirib:

"Mən Şəbnəmi tanıyanda siz heç biriniz onu tanımırdınız. O vaxt onun ailəsi, 36 kilo çəkisi var idi. Onu hələ Qəzənfər Abbasovun yanına qoyacaqdılar".
N.Səfərli bildirib ki, Şəbnəmlə illər öncə açıq havada şou proqramlar aparıb.