"Məni bağışlayın..."- Fədayə Laçın

Müğənni Fədayə Laçın sosial şəbəkə hesabında üzürxahlıq dolu paylaşım edib. 

https://peyk.az

Sonxeber.az big.az-a istinadən xəbər verir ki, müğənni azadlığa çıxandan sonra etdiyi paylaşımlarla diqqət çəkir. Bu gün etdiyi paylaşımı izləyicilər tərəfindən də rəğbətlə qarşılanıb. Belə ki, sənətçi öz fotosunu paylaşaraq "Sizləri üzdüyüm üçün üzr istəyirəm. Bundan sonra heç kimi üzməyəcəm" başlığını yazıb.

Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci il oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib. Müğənni 2019-cu ilin 29 oktyabr tarixində azadlığa çıxıb.