"Mənim yetişdirdiyim Arda bu idi" - Fatih Terim

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Başakşəhər"in futbolçusu Arda Turan haqda açıqlama verib.

https://peyk.az

Peyk.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 66 yaşlı mütəxəssis ötən gün "Başakşəhər"ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra  Ardanın onun əlini öpərək, barışması barədə danışıb.  O,  32 yaşlı yarımmüdafəiçinin hərəkətinin gözlənilməz olduğunu deyib:
"Mən çox təəcübləndim, gözləmirdim. Övlad bəzən insanı incidir, bəzən təəccübləndirir, bəzən də duyğulandırır. Mən o əvvəlki Ardanı bu gün gördüm. Mənim yetişdirdiyim Arda bu idi. Bu Arda qəlbə də girər, könülə də".

Qeyd edək ki, Arda Turanla Fatih Terimin münasibəti  Türkiyə millisinin "Avro-2016"dakı uğursuz çıxışından sonra pisləşmişdi.