Mərcə girib 41 yumurta yedi və.

Hindistanın Uttar Pradeş əyalətində inanılmaz hadisə yaşanıb.

Mərcə girib 41 yumurta yedi və.

Peyk.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı Subhaş Yadav və dostu 2 min rupi (48 manat) qarşılığında 50 yumurta yemək yarışına girib. Lakin Yadav 42-ci yumurtanı yediyi zaman anidən özünü pis hiss edib.

Huşunu itirən kişi xəstəxanaya aparılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. Həkimlər onun hədsiz proteyin qəbulu səbəbilə zəhərləndiyini bildiriblər.