Home İdman “Mərhələni adlamağa çox yaxın idik” – Karlo Ançelotti

“Mərhələni adlamağa çox yaxın idik” – Karlo Ançelotti

180
0

“1/8 final mərhələsinə yüksəlmək bizim üçün möhtəşəm nəticə olacaqdı. Amma alınmadı”. PEYK.Az sportLine.aza istinadən xəbər verir ki, bu sözləri “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Liverpul”la görüşdən sonra deyib.

O, komandası ilə fəxr etdiyini dilə gətirib: “Bəlkə də, çoxları mərhələni adlayacağımızı və bu məsələni “Liverpul”la səfər matçında qədər həll edəcəyimizi düşünürdü. Müəyyən mənada bəxtimiz də gətirmədi. “Liverpul”un bizi təzyiq altında saxlayacağı bəlli idi. Onlara qələbə lazım idi. Futbolçularım bu təzyiqə tab gətirmək üçün əllərindən gələni etdilər. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün imkanlarımız oldu. Son dəqiqələrdə mərhələni adlamağa çox yaxın idik. Amma rəqib komandanın qapıçısı – Alisson etibarlı oynadı”.

Xatırladaq ki, “Liverpul” – “Napoli” matçı “mersisaydlılar”ın qələbəsi ilə yekunlaşıb – 1:0.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here