Məşhur müğənninin oteli bağlandı

Ukraynalı müğənni Sofiya Rotarunun Krımdakı oteli bağlanıb. 

Məşhur müğənninin oteli bağlandı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, "Villa Sofia" adlı butik-otel təmir səbəbindən bağlanıb. Bildirilir ki, təmir və rekonstruksiya 2020-ci ilin may ayına qədər başa çatacaq. May ayının biri bütün işlər yekunlaşmalıdır.
Qeyd edək ki, otel 72 yaşlı Sofiyaya o qədər də gəlir gətirmirdi. Buna səbəb isə otelin qiymət siyasəti ilə bağlıdır. 12 nömrəsi olan otelin qiymətləri çox baha olduğu üçün otaqlar bir çox günlər boş qalırdı.