"Maaşımın yarısını gərək ona verim" - Putin

"Maaşımın yarısını gərək ona verim" - Putin

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Birinci Rusiya-Afrika zirvəsində çıxış edib.

Peyk.az unikal.org-a istinadən xəbər verir ki, o çıxışı zamanı yardımlarından dolayı zirvənin həmsədrlərindən olan Misir Prezidenti Əbdülfəttah Sisiyə təşəkkür edib:

"Heç şişirtmədən demək istəyirəm ki, misirli dostlarımızın dəstəyi olmasaydı, bugünkü zirvə ən azından bu gün çalışdığımız şəkildə olmazdı".

Putin Sisiylə zarafat da edib:

"Bundan əlavə, gördüyünüz kimi, bu gün günboyu yanımda oturur və işimi görməkdə mənə kömək edir. Maaşımı onunla bölməli olacağam".