Macarıstanda cüdo üzrə milli komandamıza dəstək - VİDEO

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edən milli komandamıza dəstək aksiyası keçirilib. Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Macarıstanda yaşayan azərbaycanlılar orada səfərdə olan cüdo üzrə milli komandamızın qaldığı otelin qarşısında idmançılarımıza dəstək olub. ...

Macarıstanda cüdo üzrə milli komandamıza dəstək - VİDEO

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edən milli komandamıza dəstək aksiyası keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Macarıstanda yaşayan azərbaycanlılar orada səfərdə olan cüdo üzrə milli komandamızın qaldığı otelin qarşısında idmançılarımıza dəstək olub. 

Koronavirus (COVID-19) pandemiyası səbəbi ilə onlara görüşməyə icazə verilməyib, amma otelin qarşısında toplaşan həmyerlilərimiz dəstək nümayiş etdiriblər.

Cüdoçular həmvətənlərimizə təşəkkür edib.