Madonna məhkəməyə verildi

Müğənni Madonna "Madame X" albomunda yer alan "God Control" mahnısına görə məhkəməlik olub.

Madonna məhkəməyə verildi
https://peyk.az

Peyk.az xəbər verir ki, ABŞ-ın "Fischerspooner" musiqi qrupunun solisti Casey Spooner 2017-ci ildə sözügedən mahnını hazırladığını iddia edib.

O bildirib ki, mahnı üçün Madonna ona 25 min avro verməli imiş, amma ödəməyib. Buna görə də müəllif ifaçını məhkəməyə verib.