Makron: Bu, tarixi xəbərdarlıqdır

Bu ayrılıq bir şokdur. Avropanın hər bir ölkəsində nəzərə alınmalı olan tarixi xəbərdarlıqdır. Çünki 70 ildən sonra bir ölkə ilk dəfə Avropa İttifaqını tərk edir.

Makron: Bu, tarixi xəbərdarlıqdır
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Fransa Prerzidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədar deyib.

Makron iqlim və miqrasiya kimi problemlərin həllinin Avropada tapıldığını da söyləyib: "ABŞ və Çinə qarşı maraqlarımızı qorumaq üçün Avropaya həmişəkindən daha çox ehtiyacımız var".

O, Avropanın daha suveren və demokratik olması üçün Aİ-nin yenidən qurulmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya yanvarın 31-də 47 il əvvəl qoşulduğu Avropa İttifaqından çıxıb.