Makron NATO-nu «ölü beyin» adlandırdı - Qalmaqal yarandı

Fransa prezidenti Emmanuel Makron NATO-nu «ölü beyin» adlandırıb. 

Makron NATO-nu «ölü beyin» adlandırdı - Qalmaqal yarandı
https://peyk.az

Peyk.az «lepoint.fr »ə istinadən xəbər verir ki, E.Makronun bu açıqlaması birmənalı qarşılanmayıb və müəyyən qalmaqala səbəb olub.  

Bundan sonra o Böyük Britaniyanın «The Economist » qəzetinə verdiyi açıqlamada fikrindən dönməyib.  

Prezident diqqətə çatdırıb ki, onun NATO ilə bağlı fikirləri qeyri-müəyyənlik yaradıb. 

Lakin NATO-nun baş katibi Jan Stoltenberqlə danışıqlardan sonra E.Makron Amerikanın artan maliyyə dəstəyi ilə bağlı NATO tərkibində 2 ildir, davam edən müzakirələrin dayanmasına təsssüfləndiyini söyləyib.