Makron Putinin təklifini qəbul etmədi

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Avropada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratorium qoyulmasına dair təklifini qəbul etmədiyini söyləyib.

Makron Putinin təklifini qəbul etmədi
https://peyk.az

Peyk.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında E.Makron deyib:

“Biz Rusiya tərəfindən təklif edilən moratoriumu və ya yerləşmə təklifini qəbul etmədik, ancaq biz onu müzakirə üçün əsas götürürük”.

Qeyd edək ki, sentyabrın sonlarında Vladimir Putin Avropa və Asiyanın əsas ölkələrinin rəhbərlərinə yaxın və orta mənzilli raketlərlə bağlı məktub göndərib. Alyans məktubu qəbul etdiyini təsdiqləyib, lakin təklifin etimad yaradılmasına xidmət etmədiyini bildirib.