Manaf Ağayev: “Əsl kişi çəkisindəyəm” — VİDEO

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur müğənni Manaf Ağayev ATV telekanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda deyib.

Manaf Ağayev: “Əsl kişi çəkisindəyəm” — VİDEO

Sənətçi proqramın aparıcısı Mətanət Əliverdiyevanın suallarını cavablandırarkən müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Manaf qarderobunda yer alan sayını belə itirdiyi kostyumlarından söhbət açaraq, geyimlərinin çox hissəsini qohumlarına hədiyyə verdiyini söyləyib:

“Kostyumlarımın hamısını geyinmək mümkün deyil. Geyinmədiklərimi dostlarıma, bacımın və qardaşımın oğullarına hədiyyə verirəm. Evdə deyəndə ki, heç kimə vermə, qoy qalsın bir müddətdən sonra geyinərsən, cavab olaraq söyləyirəm ki, yer yoxdur, vermək lazımdır. Bir kostyumu çox geyinmək alınmır. Çünki bunu təzədən geyinənə kimi əlavə 30 kostyumumu geyinirəm”.

Proqramın gedişatında M.Ağayev xarakterində bəyəndiyi xüsusiyyətlərdən bəhs edib:

“Xarakterimdə bəyəndiyim ən gözəl xüsusiyyətim odur ki, heç zaman yalan danışmıram. Kiməsə söz verirəmsə, mütləq sözümün üstündə dururam. Düz və təmiz insanam”.

Aparıcının “Kiminlə duet oxumaq istəyərdiniz - Elza Seyidcahan, yoxsa Fədayə Laçın?” sualına müğənni “Fədayə Laçın” deyərək, qısa cavab verib.

Manaf verilişdə sosial şəbəkədə barəsində yazılan tənqid dolu şərhlərdən danışıb:

“Bizdə yaxşıya doğru heç nə yoxdur. Ancaq mənfidir. Mən səhv buraxan deyiləm, danışdığım sözümü də bilirəm, elədiyim hərəkəti də. Yardım paylasan da, paylamasan da, səni söyüb, təhqir edirlər”.