Maral Tahirqızının ölüm xəbəri YALAN ÇIXDI - AÇIQLAMA (YENİLƏNDİ)

Maral Tahirqızının ölüm xəbəri YALAN ÇIXDI - AÇIQLAMA (YENİLƏNDİ)
https://www.peyk.az

Maral Tahirqızı avtomobil qəzasında ölməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Publika.az xəbər verir ki, müğənni bildirib ki, bir il əvvəl qəza keçirdiyi doğrudur. Lakin bu yaxınlarda heç bir qəza hadisəsi baş verməyib.

“Sağam və yaxşıyam” deyən müğənni instaqramda bu barədə geniş açıqlama verəcəyini qeyd edib.

İddia olunur ki, yalan məlumatları Səbuhi Xanlarov piar məqsədi ilə yayıb.

***

Bu gün sosial şəbəkələrdə müğənni Maral Tahirqızının yol qəzasında ölməsi barədə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, yol polisi son sutka ərzində baş vermiş yol qəzalarında Gülməmmədova Maral Tahir qızının ölməsi barədə məlumatın olmadığını bildirib.

Qeyd edilib ki, hələlik rəsmi qurumlarda Maral Tahirqızının ölümü barədə məlumat yoxdur.