Marko Deviçlə yollar ayrıldı

“Sabah”ın sabiq hücumçusu Marko Deviç “Vojdovats” klubundan ayrılıb.

Marko Deviçlə yollar ayrıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu haqda Serbiya klubunun saytı məlumat yayıb.

Xatırladaq ki, 36 yaşlı hücumçu ötən iln yayında “Sabah”ı tərk edərək Serbiyaya yollanmışdı. O, yeni klubunda 4 qol vurmuş və 1 qolun ötürməsini etmişdi.

Deviçin bundan sonra futbol fəaliyyətini məşqçi kimi davam etdirəcəyi istisna olunmur