Maskalardan düzgün istifadə etməyənlərin sağlamlığı TƏHLÜKƏDƏDİR

Tanınmış amerikalı tədqiqatçı neyrocərrah Rassel Bleylok tibbi maskaların düzgün istifadə etməməsi ilə ilə bağlı məqalə yazıb.

Maskalardan düzgün istifadə etməyənlərin sağlamlığı TƏHLÜKƏDƏDİR

Tanınmış amerikalı tədqiqatçı neyrocərrah Rassel Bleylok tibbi maskaların düzgün istifadə etməməsi ilə ilə bağlı məqalə yazıb.

Saglamolun.az xarici KİV-lərə istinadla oxucularını həkimin məqaləsi ilə tanış edir.

Bleylokun sözlərinə görə, açıq havada, insanların az olan yerlərdə maskanın taxılması məqsədəuyğun deyil. Maskanın uzun müddət ərzində istifadəsi qanda oksigenin çatışmazlığına səbəb olur, immun sistemini zəiflədir, bakterial və virus xəstəliklərinin riskini daha da artırır.

Tədqiqatçı qeyd edir ki, maskalardan istifadə edənlərin təxminən üçdə birində güclü baş ağrıları inkişaf edir ki, bunun səbəbi də məhz qanda oksigenin səviyyəsinin azalması (hipoksiya) və (və ya) karbon qazının səviyyəsinin artmasıdır.

Həkimlər və tibbi heyət arasında aparılmış sorğu göstərib ki, koronavirus xəstələri ilə işləyən və uzun müddət ərzində maska taxmağa məcbur olan tibb işçilərinin 81% -i xroniki baş ağrılarından əziyyət çəkirlər.

Həkim xüsusilə vurğulayır ki, saatlarla respiratorda (N95 maskası) olan insanın qanında oksigenləşmə  20% azalır və bu da huşun itirilməsinə səbəb ola bilər. Bunu nəzərə alaraq həkim adi insanlara respiratorlardan deyil, adi parça maskalardan istifadə etməyi tövsiyə edir.

Həkim ABŞ-da baş vermiş belə bir hadisəni də misal çəkib. Maskada avtomobil sürən bir cavan oğlan maşında huşunu itirib,  qəzaya düşüb və müxtəlif xəsarətlər alıb. Doktor Bleylok xəbərdarlıq edib ki, şəxsi avtomobildə maska taxmaq nəinki mənasızdır, hətta çox təhlükəlidir.

Yaşlı, xroniki ağciyər, ürək xəstəlikləri olan insanlar da uzun müddət ərzində maska taxanda huşunu itirə bilərlər. Xərçəng xəstələrində də uzunmüddətli hipoksiya ağır fəsadlara, xəstəliyin inkişafına səbəb ola bilər. Çünki xərçəng aşağı oksigenli bir mikro mühitdə ən aktiv şəkildə inkişaf edir. Bunları nəzərə alaraq həkim bu şəxslərə mümkün qədər evdə qalmağı, insanların çox olan yerlərə getməməyi tövsiyə edir ki, maskanın taxılmasına da tez-tez ehtiyac yaranmasın.

Tədqiqatlar göstərir ki, oksigen çatışmazlığı limfositlərin (infeksiyalarla mübarizə aparan immun hüceyrələri) fəaliyyətinə mane olur. Bu isə orqanizmi infeksiyalar və o cümlədən COVID-19-a qarşı zəif və müdafiəsiz edir.

Beləliklə, maskaları yalnız qapalı və (və ya) insanların çox olan yerlərdə taxmaq lazımdır. Maskadan istifadə etməyən insan öz həyatını təhlükəyə saldığı kimi, maskadan sui-istifadə edənlər də öz sağlamlığına ziyan vurur.Peyk.Az

Peyk.Az