May ayı üzrə 2,3 milyondan çox şəxsə sosial ödənişlər verildi

Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən 1 milyon 268 min nəfərə pensiya, 417 min nəfərə müavinət, 297 min nəfərə təqaüd ödənilib. ;

May ayı üzrə 2,3 milyondan çox şəxsə sosial ödənişlər verildi

83 min ailə üzrə 350 min şəxsə isə ünvanlı sosial yardım ödənişi edilib. ;

May ayında sosial ödəniş alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.