Mayk Tayson 25 il öncə nokauta saldığı boksçu ilə qarşılaşa bilər

ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson 1995-ci ildə qalib gəldiyi Piter Maknili ilə yenidən qarşılaşa bilər.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, ;54 yaşlı idmançıya 25 il öncə ;89 saniyəyə nokauta saldığı ;həmyerlisi ilə növbəti dəfə döyüşmək ;üçün 1 milyon ABŞ dolları təklif olunub.

Onun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.

Mayk Tayson və Piter Maknili