Meksikada avtosistern avtobusla toqquşdu: ölən və xəsarət alanlar var

Meksikanın Mexiko ştatında maye qaz daşıyan avtosistern sərnişin avtobusu ilə toqquşub. “Hornada” qəzeti xəbər verir ki, nəticədə bir nəfər həlak olub, səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məlumata əsasən, qəza zamanı güclü partlayış baş verib. Mexiko ştatının prokurorluğu...

Meksikada avtosistern avtobusla toqquşdu: ölən və xəsarət alanlar var

Meksikanın Mexiko ştatında maye qaz daşıyan avtosistern sərnişin avtobusu ilə toqquşub.

“Hornada” qəzeti xəbər verir ki, nəticədə bir nəfər həlak olub, səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məlumata əsasən, qəza zamanı güclü partlayış baş verib.

Mexiko ştatının prokurorluğu hadisəni araşdırır.