Meksikada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Meksikada bir gündə koronavirusdan 151 ölüm qeydə alınıb.

Meksikada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Meksikada bir gündə koronavirusdan 151 ölüm qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

O, qeyd edib ki, COVID-19-a yoluxmaların ümumi sayı90 mini ötüb.

“Yoluxma hallarının ümumi sayı 90 664-ə çatıb. Ötən gün ərzində koronavirus testi 3 152 nəfərdə müsbət nəticələnib. Hakimiyyət orqanları COVID-19-la bağlı şübhəli 788 ölüm və 36 803 yoluxma hallarını öyrənir”, - nazirlik rəsmisi deyib.

Meksikada COVID-19-a ilk yoluxma 28 fevralda aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus213 ölkə və bölgədə qeydə alınıb.