Home İdman Meneceri açıqladı: O, Şotlandiyaya getməyəcək

Meneceri açıqladı: O, Şotlandiyaya getməyəcək

197
0

“Fənərbaxça”nın slovakiyalı üzvü Martin  Şkrtelin meneceri Karol Ksonto futbolçunun “Reyncers”ə transfer olunacağı ilə bağlı iddialara cavab verib.

Peyk.az xəbər verir ki “Record Sport”a danışan Ksonto müdafiəçinin Şotlandiya klubuna keçməyəcəyini deyib:

“Maliyyə cəhətdən “Reyncers”in Şkrteli transfer etməsi mümkün deyil. Qlazqoya gedib indiki maaşının yarısını ala bilməyəcək. Şkrtel Steven Cerrarda böyük hörmət göstərir, amma maddi cəhətdən bu transferin gerçəkləşməsi real deyil”.

Cerrardla “Liverpul”da komanda yoldaşı olmuş 33 yaşlı müdafiəçi, bu mövsüm “Fənərbaxça”nın heyətində keçirdiyi 10 çempionat oyununun hamısında 90 dəqiqə meydanda olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here