Merkel daha Kansler olmaq istəmir

Angela Merkel növbəti dəfə Almaniya kansleri postuna namizədliyini irəli sürmək fikrində deyil. “Peyk.AZ” “RİA Novosti”yə istinadən bildirir ki, bu

Merkel daha Kansler olmaq istəmir

Angela Merkel növbəti dəfə Almaniya kansleri postuna namizədliyini irəli sürmək fikrində deyil. “Peyk.AZ” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə siyasətçinin özü məlumat verib.

“Yox. Yox. Həqiqətən yox”, - Merkel jurnalistin ona Almaniyada keçiriləcək növbəti seçkilərdə kansler vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə sualını cavablandırarkən deyib.

“Bu, tamamilə doğrudur”, - Merkel əlavə edib.

Qeyd edək ki, daha əvvəl də o, 2021-ci ildən sonra siyasi karyerasını davam etdirmək fikrində olmadığını bildirmişdi. Merkel siyasi karyerasına kansler kimi səlahiyyət müddəti bitəndən sonra son qoyacaq.