Home Xarici Meşə ilə Avropaya gedənlər – Ölüm yolu

Meşə ilə Avropaya gedənlər – Ölüm yolu

132
0

Soyuqdan göyərmiş əllərini yaxalarına salaraq isitməyə çalışır, amma dayanmırlar. Diəzədək qara bataraq irəliləyirlər.

Ayıların və canavarların bol olduğu meşəlikdə gedən bu insanlar miqrantlardır. Onlar 30 nəfərdir.

Bosniyadan Xorvatiyaya keçmək istəyən 30 min miqrantdan 30 nəfər. Həmin miqrantların əksəriyyəti Pakistan, Əfqanıstan, İraq və İran vətəndaşlarıdır.

PEYK.AZ milli.az-a istinadən bildirir ki, sazağa və buz kimi şaxtalı havaya rəğmən miqrantlar inadla Bosniya-Xorvatiya sərhədindəki məntəqəyə doğru gedirlər.

Halbuki ötən həftə elə bu meşəlikdə bir qrup miqrant soyuqdan donub ölməkdən zorla qurtulmuşdular.

Ayıların və canavarların bol olduğu bu məkan Plezeviç dağının yamaclarıdır. Miqrantlar qarlı, sıx meşəlik bölgə ilə təxminən 12 kilometr keçməlidirlər.

Hazırda Bosniyada 30 mindən artıq miqrant Xorvatiyaya yollanmaq, oradan da Fransaya, Almaniyaya, imkan olarsa, Skandinaviya ölkələrinə və Britaniyaya üz tutmaq niyyətindədir.

2015-2016-cı illərdə 1 milyondan artıq miqrant Balkanlardan keçib Qərbi Avropaya yollananda Bosniya əsas “tranzit” ölkə deyildi. Amma indi Avstriya, Çexiya və Slovakiya sərhədlərini miqrantlara bağlayandan sonra Bosniya “ümid yeri” sayılır.

Halbuki miqrantlar sığınacaq almağı xəyal etdikləri Xorvatiyaya keçsələr belə, onların tam əksəriyyəti Bosniyaya deportasiya olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here