Messi Ronalduya səs verdi, o isə...

Messi Ronalduya səs verdi, o isə...
https://www.peyk.az

Lionel Messi (Barselona) və Kriştianu Ronaldunun (Yuventus) FIFA-nın "The Best" mükafatının səsverməsi zamanı kimlərə səs verdiyi müəyyələşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Argentina millisinin kapitanı olan Messi ilin ən yaxşı futbolçusu kimi Sadio Maneni (Liverpul) göstərib. O, ikinci yerə əzəli rəqibi Kriştianu Ronaldunu, üçünçü yerz hazırda "Barselona"da komanda yoldaşı olan Frenki de Yonq layiq görüb.

Messi ilin ən yaxşı baş məşqçisi nominasiyasında seçimini Xosep Qvardiolanın (Mançester Siti) xeyirinə edib. O, Maurisio Poçettino (Tottenhem) və Marselo Qalyardonu (River Pleyt) 2-3-cü yerdə göstərib.

Portuqaliya millisinin kapitanı Ronaldu ən yaxşı futbolçu nominasiyasında seçimini belə edib: Mattis de Liqt (Ayaks/Yuventus), Frenki de Yonq (Ayaks/Barselona), Kilian Mbappe (PSJ).

Ronaldo ilin ən yaxşı baş məşqçisi kimi Portuqaliya yığmasına rəhbərlik edən Fernandu Santuşu fərqləndirib. O, ikinci yerdə Cemal Belmadini (Əlcəzair millisi), üçüncü yerdə Yugren Kloppu (Liverpul) göstərib.

 

Qeyd edək ki, ötən axşam keçirilən mükafatladırma mərasimində ən yaxşı kişi futbolçu Lionel Messi ("Barselona", İspaniya), ən yaxşı qadın futbolçu Meqan Rapino ("Reyn", ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp ("Liverpul", İngiltərə), qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub.