Home İdman “Messi üçün darıxıram” – Ronaldo

“Messi üçün darıxıram” – Ronaldo

96
0

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Barselona”nın futbolçusu Lionel Messi haqqında danışıb.

PEYK.Az qol.aza istinadən xəbər verir ki, 33 yaşlı hücumçu “La Gazzetta dello Sport”a müsahibəsində  Messi üçün darıxdığını deyib:

“Bəlkə də, mən Messi üçün darıxıram. O, hələ də İspaniyada oynayır. Amma mən İngiltərə, İspaniya, Portuqaliya və İtaliyada oynamışam. Bəlkə, mənə daha çox ehtiyacı var. Həyat mənim üçün mübarizə meydanıdır və mən bunu çox sevirəm. Messinin bir gün İtaliyada oynamasını istəyərəm. Ancaq orada xoşbəxtdirsə, buna da hörmət edirəm. Fantastik bir futbolçu, çox yaxşı insandır”.

O, daha sonra sabiq komandası “Real” haqda da fikir bildirib: “Madriddəki komanda yoldaşlarım da təvazökar idi, amma burdakılar qədər deyil. Hazırda oynadığım heyət mənə görə indiyədəkki ən yaxşı heyətdir”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here