Metro qiymətlərində artım üsyana səbəb oldu

Çilidə metro qiymətlərində 4 faizlik artım etirazlara səbəb olub.

Metro qiymətlərində artım üsyana səbəb oldu
Metro qiymətlərində artım üsyana səbəb oldu
Metro qiymətlərində artım üsyana səbəb oldu

Çilidə metro qiymətlərində 4 faizlik artım etirazlara səbəb olub. Peyk.az sonxeber.aza istinadən xəbər verir ki, aksiyalar toqquşmalara çevrilib. Çilidə fövqəladə vəziyyət elan edilib.
Çili prezidenti Sebastyan Pinera bildirib ki, fövqəladə vəziyyət paytaxtda 15 gün davam edəcək. Hərbçilər patrul xidmətinə çıxacaqlar.
Qeyd edək ki, Santyaqoda metro qiymətləri 1.13 dollardan 1.17 dollara qədər artırılıb. Eyni qiymət artımı avtobus qiymətlərinə də şamil edilib. Hökumət isə yanacaq qiymətinin artımı və pesonun dəyər itirməsinə görə bu addımı atdığını bildirib. Lisey və universitet tələbələrinin turniketlərdən tullanıb keçməsi ilə başlayan etirazlar bütün şəhərə yayılıb. Bəzi binalar və maşınlar yandırılıb. Polislə toqquşma olub.