Metroda havalandırma sistemi necə təşkil olunub? - AÇIQLAMA + VİDEO

“Bakı Metropoliteni”nin parkında 280 vaqon var. Həmin vaqonlardan 55-i dördüncü nəsildir”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib. Onun sözlərinə görə, mütəmadi olaraq köhnə...

Metroda havalandırma sistemi necə təşkil olunub? - AÇIQLAMA + VİDEO

“Bakı Metropoliteni”nin parkında 280 vaqon var. Həmin vaqonlardan 55-i dördüncü nəsildir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, mütəmadi olaraq köhnə vaqonlar yenisi ilə əvəzlənir:

“Bu da istiliklə mübarizəyə kömək edəcək. Köhnə vaqonlara yeni, müasir kondisionerlərin quraşdırılması mümkün deyil”.

“Kondisioner olmasa da, ventilyasiya sistemi var və bunu işlək vəziyyətə gətirmişik”, - deyə sədr qeyd edib.

İlhamə Əbülfət