Metronun qarşısında avtomobil piyadanı vuraraq öldürdü

Metronun qarşısında avtomobil piyadanı vuraraq öldürdü

Metronun qarşısında avtomobil piyadanı vuraraq öldürdü

Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Peyk.az sonxeber.aza istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Taksi fəaliyyəti ikə məşğul olan Samir adlı sürücü idarə etdiyi "Ravon" markalı avtomobillə prospektin yüksək sürətli hərəkət zolağı ilə gedərkən qarşısına qəfildən piyada - təxminən 50-55 yaşlı kişi çıxıb. Bu zaman avtomobil piyadanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb edilib. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.