Metroya minən milyarder çətin anlar yaşayıb

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd, milyarder Maykl Blumberq San-Fransisko metrosunda çətin anlar yaşayıb.

Metroya minən milyarder çətin anlar yaşayıb
https://peyk.az

Bu barədə “Daily Mail” xəbər verib.

Sosial şəbəkələrdə yayılan kadrlardan belə görünür ki, metroya düşən Blumberq turniketin qarşısında çaş-baş vəziyyətdə qalıb. Kartı necə istifadə edəcəyini bilməyən milyarder köməkçisi gələnə qədər bir neçə uğursuz cəhd edərək kartı turniketin müxtəlif hissələrində yoxlayır.

Bu hadisə sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Qeyd edək ki, analoji hadisə 2016-cı ildə seçki kampaniyası zamanı prezidentliyə namizəd Hillari Klintonun da başına gəlmişdi.