Mikayıl Cabbarov: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”

"Ölkə.Az"ınoxu.az-a istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Mikayıl Cabbarov: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”

M.Cabbarov pandemiyanın təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyib.

Nazir bildirib ki, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdırlar:

“Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir”. ;

M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir:

“Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.