“Milan”ın aparıcı oyunçuları koronavirusa yoluxdu

İtaliyanın “Milan” futbol klubunun iki aparıcı oyunçusu – Canluici Donnarumma və norveçli hücumçu Yens Haugen koronavirusa yoluxub. Bu barədə “Milan” futbol klubunun rəsmi saytı məlumat yayıb.  Qeyd olunur ki, daha üç heyət üzvünün COVID-19 testinin nəticələri müsbət çıxsa da, onların adları...

“Milan”ın aparıcı oyunçuları koronavirusa yoluxdu

İtaliyanın “Milan” futbol klubunun iki aparıcı oyunçusu – Canluici Donnarumma və norveçli hücumçu Yens Haugen koronavirusa yoluxub.

Bu barədə “Milan” futbol klubunun rəsmi saytı məlumat yayıb. 

Qeyd olunur ki, daha üç heyət üzvünün COVID-19 testinin nəticələri müsbət çıxsa da, onların adları açıqlanmayıb.

Hələlik idmançıların heç birində virusun simptomları özünü büruzə verməyib.

“Milan”ın digər futbolçularının analizlərinin nəticələri isə mənfi çıxıb.