Milli Məclisin əməkdaşları koronavirus testindən keçirilir

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, Milli Məclis Aparatının işçiləri, şöbə müdirləri və onların müavinləri növbəti dəfə koronavirus testi verirlər.

Milli Məclisin əməkdaşları koronavirus testindən keçirilir

"Ölkə.Az" xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

- ; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi;

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;

- “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi;

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı ; Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi;

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

- “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi;

- “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş);

- “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş);

- “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş);

- “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

Ölkə.Az

"Ölkə.Az" xəbər verir ki, mayın 27-si və 28-də verilən bəyanatlar ABŞ Konqresinin rəsmi saytında dərc edilib.

Bəyanatında Azərbaycanın Sovet İttifaqı tərəfindən işğal edilməsinə baxmayaraq, 70 il sonra - 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran Robert Aderholt Respublika Gününün ölkənin İsraillə münasibətlər, enerji təhlükəsizliyi və bölgədə sabitlikdə xüsusi rolu daxil olmaqla, müsbət tərəflər haqqında düşünmək üçün yaxşı vaxt olduğunu vurğulayıb.

R.Aderholt əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda çiçəklənən və təhlükəsiz vəziyyətdəki yəhudi icmasına ev yiyəliyi etdiyini və Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin möhkəm olduğunu bildirib.

Bundan başqa, bəyanatda Azərbaycanın Xəzəryanı bölgənin Rusiya neftindən asılılığını azaltmağa çalışdığı diqqətə çatdırılıb.

R.Aderholt həmçininn Azərbaycanın ABŞ və NATO qüvvələrinə dəstəyini də vurğulayıb.

Sonda Azərbaycanın strateji regionda ABŞ-ın vacib partynoru olduğu bildirilib.

Konqresmen Stiv Şabot (Respublikaçı - Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi öz ənənəsini qoruduğunu diqqətə çatdırır.

Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin universal tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyini bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.

Bugün, Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və terrorçuluq ilə qlobal mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırır.

Bəyanatın sonunda, Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.

Ölkə.Az