Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA

Bu gün bir qrup şəxs Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd edib. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb:...

Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA

Bu gün bir qrup şəxs Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb:

“Aksiyaya cəhd zamanı saxlanılan olmayıb”.

E.Hacıyev qeyd edib ki, bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İlhamə Əbülfət