Home İdman Millimiz  Kosovoda məğlub durumdadır

Millimiz  Kosovoda məğlub durumdadır

278
0

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

Peyk.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin 6-cı turunda Kosovonun qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda keçiriləcək görüş saat 23:45-də start götürəcək.

Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C Liqasına və pley-offa yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Əks halda, milli komanda Millətlər Liqası yolu ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

Qrupun digər matçında isə Malta öz meydanında Farer adaları yığmasını qəbul edəcək.

UEFA Millətlər Liqası, 6-cı tur

20 noyabr

D Liqası, 3-cü qrup

Kosovo – Azərbaycan 1:0

Qol: Arber Zeneli, 2.

Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. “Fadil Vokrri” stadionu

Kosovo: 12. Ariyanet Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Milot Raşiça, 10. Arber Zeneli, 13. Amir Rrahmani, 14. Valon Berişa (k), 15. Merqim Voyvoda, 17. Benjamin Kololli, 18. Vedat Muriqi.

Ehtiyat oyunçular: 1. Samir Uykani, 16. Visar Bekay, 2. Arbenit Cemayli, 4. İdris Voka, 8. Besar Halimi, 9. Şkelqim Demhasay, 11. Donis Avdiyay, 19. Leart Paqarada, 20. Mirlind Kryeziu, 21. Atdhe Nuhiu, 22. Edon Jeqrova, 23. Lirim Kastrati.

Baş məqşqçi: Bernar Şalland.

Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.

Baş məşqçi: Qurban Qurbanov.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here