Millimizin futbolçusu keçmiş klubu üzərində qələbədə iştirak etdi

Bu nəticədən sonra xalını 41-ə çadıran "Ertsgebirge" 7-ci pilləyə yüksəlib

Millimizin futbolçusu keçmiş klubu üzərində qələbədə iştirak etdi

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun klubu "Ersgebirge" Almaniya II Bundesliqasının XXX tur matçında "Karlsrue"ni qəbul edib.

"Report"un məlumatına görə, Aue şəhərindəki "Ertsgebirgeştadion"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb ;və 90-cı dəqiqədə yerini komanda yoldaşına verib.

Bu nəticədən sonra xalını 41-ə çadıran "Ertsgebirge" 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Dmitri Nazarov "Ertgebirge"dən əvvəl 2013 - 2016-cı illərdə "Karlsrue"nin formasını geyinib. ;