Home İdman Millimizin rəqibləri bilindi

Millimizin rəqibləri bilindi

218
0

Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Peyk.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq millimiz 3-cü qrupda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupun ikincisi ilə qarşılaşacaq. İlkin mərhələnin H qrupunda Finlandiya, Moldova, Uels və Şimali İrlandiya, G qrupunda Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniya yer alıb.

Yığmamızın yer aldığı qrupun oyunları 2019-cu il oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək.

İlkin mərhələdə mübarizəyə 32 komanda qoşulacaq. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yalnız qrup qalibləri və ikinci pilləni tutacaq komandalar mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanacaq. Millimiz isə ən yüksək reytinqə malik 16 komanda sırasındadı və gələn il oktyabrın 22-dən 27-dək keçiriləcək əsas mərhələdə meydana çıxacaq. Yüksək reytinqli 16 komanda püşklə 8 qrupa bölünəcək və yer aldıqları qrupların 1-ci və 2-ci komandaları olacaqlar. Digər iki komanda ilkin mərhələdə uğur qazanacaq millilər olacaq.

İlkin mərhələdə eyni qrupda yer almış komandalar əsas raundda bir qrupda mübarizə apara bilməzlər. Həmçinin, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan, Cəbəllütariq və İspaniya, Kosovo Bosniya Herseqovina və Serbiya eyni qrupda yer ala bilməzlər.

Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq. Burada 16 komanda 4 qrupda gücünü sınayacaq. Qrup qalibləri bir başa final mərhələsinə yollanacaq. Ikinci pilləni tutacaq 4 komanda isə play-off oyunlarında iştirak edəcək. Daha güclü 2 yığma mundialda oynamaq hüququ qazanacaq.

Onu da qeyd edək ki, bu dəfə rekord – 48 komanda mübarizədə iştirak edəcək. Almaniya, Kosovo, Şotlandiya və Şimali İrlandiya dünya çempionatının seçmə oyunlarında debüt edəcəklər. Oyunlar 4 – ilkin, əsas, elit raund və play-off mərhələdən ibarət olacaq. Litvada keçiriləcək həlledici mərhələdə isə 24 komanda qalib adı uğrunda yarışacaq.

Təqvim

İlkin mərhələnin oyunları: 29 yanvar – 3 fevral 2019
Əsas mərhələnin oyunları: 22-27 oktyabr 2019
Elit raundun püşkatması: 7 noyabr 2019
Elit raundun oyunları: 28 yanvar-2 fevral 2020

Pley-off mərhələsinin püşkatması: tarix məlum deyil, Nyon şhəri
Pley-off mərhələsinin oyunları 9-12 aprel 2020
Final mərhələsinin püşkatması: tarixi dəqiq deyil, Litva
Final mərhələsinin oyunları: 12 sentyabr – 4 oktyabr 2020, Litva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here