Millimizin üzvü saxlanıldı

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev saxlanılıb.

Millimizin üzvü saxlanıldı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, basketbolçu futbol üzrə Azərbaycan çempionatının danışılmış oyunlarında iştirakına görə tutulub.

Qeyd edək ki, millinin heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev son vaxtlar “Gəncə”nin formasını geyinirdi.