Millət vəkili: “Ermənilər Rusiyanın və rus xalqının kürəyinə hər an bıçaq sancmağa hazırdırlar”

;Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili: “Ermənilər Rusiyanın və rus xalqının kürəyinə hər an bıçaq sancmağa hazırdırlar”

Millət vəkili bildirib ki, sərt karantin rejiminə baxmayaraq, həmin hadisələrdən sonra Bakı küçələrinə axışan on minlərlə insan Ali Baş Komandanı ; və ordumuzu müdafiə edərək təcavüzkar ölkəyə qarşı döyüşməyə hazır olduqlarını bildirdilər: “Bu, qürurverici bir mənzərə idi.

İkincisi, sərhəddə təxribat törədərək diqqəti işğalçı qoşunlarla təmas xəttindən yayındırmaq və üzv olduğu KTMT-ni cəlb etmək istəyən Ermənistan niyyətinə çatmadı. Çünki bu təşkilatın üzvləri yaxşı bilirlər ki, təqsirkar təcavüzkar Ermənistandır. ;

Üçüncüsü, Ermənistan və ermənilər Rusiyaya və rus xalqına, Qazaxıstana ; nifrət edirlər, Belarusa az qala düşmən ölkə kimi baxırlar. Onlar Rusiyanın ayaqlarının altını qazırlar və kürəyinə istənilən an bıçaq sancmağa hazırdılar. Hətta saxtakar erməni “alimləri” Rusiya ərazilərinə iddia edərək, “Qara dəniz Ermənistanı” fikirlərini təbliğ etməyə başlayıblar.

Dördüncüsü, Azərbaycanı isə bir sıra dövlətlər, 5 ölkədən ibarət olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, 57 ölkədən ibarət olan ; İslam Əməkdaşlıq Təşkilatı, 120 ölkədən ibarət olan ; Qoşulmama Hərəkatı dəstəklədi. NATO üzvü olan qardaş Türkiyə, ; KTMT-nin üzvü olan Belarus Qoşulmama Hərəkatının, ; Qazaxıstan ; Türk Dövlətləri Şurasının, Tacikistan isə ; İƏT-in üzvü kimi dəstək verdilər. Bu isə cənab Prezidentin rəhbərliyi altında dövlətimizin xarici siyasət xəttinin milli-dövlət maraqlarımıza tamamilə cavab verdiyini bir daha göstərdi.

Nəhayət, Balakəndəki nitqində dövlət başçımız Ermənistanın cəfəng təkliflərini də qəti şəkildə rədd edərək zibil qutusuna atdı və bildirdi ki, ölkəmizin ərazi bütövlüyünün bərpası bir nömrəli məsələdir, hansı vasitələrlə olursa-olsun bu məqsədə nail olunacaqdır. İşğalçı qoşunlar torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və təcavüzkar peşman olacaqdır. Dövlət başıçısının söylədiyi ; “başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik” – sözlər bütün millətimizi dövlətimizin ətrafında daha sıx birləşdirir. Bütün bunlar göstərir ki, cənab Prezidentimiz gücünü millətimizdən alır, millətimizlə iqtidar arasında sıx birlik mövcuddur”.

Mürtəza Ölkə.Az