Minlərlə insan Londonun mərkəzinə toplaşdı - VİDEO

London şəhərində minlərlə insan irqçiliyə və qaradərililərə qarşı olan ayrı-seçkiliyə etiraz olaraq aksiya keçirib. “Euronews” xəbər verir ki, aksiya “Black Lives Matter” (Qaradərililərin Həyatı Vacibdir) hərəkatına dəstək çərçivəsində keçirilib. Etirazçılar bildirib ki, qaradərililər XXI əsrdə də ayrı-seçkiliklə üzləşməyə davam edirlər....

Minlərlə insan Londonun mərkəzinə toplaşdı - VİDEO

London şəhərində minlərlə insan irqçiliyə və qaradərililərə qarşı olan ayrı-seçkiliyə etiraz olaraq aksiya keçirib.

“Euronews” xəbər verir ki, aksiya “Black Lives Matter” (Qaradərililərin Həyatı Vacibdir) hərəkatına dəstək çərçivəsində keçirilib.

Etirazçılar bildirib ki, qaradərililər XXI əsrdə də ayrı-seçkiliklə üzləşməyə davam edirlər.

Xatırladaq ki, Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsindən sonra ABŞ şəhərlərini, sonra isə dünyanın bir sıra ölkələrini zorakılığa və irqçiliyə qarşı etirazlar və iğtişaşlar bürüyüb.