“Miss Yer Kürəsi – 2019” titulunu o qazandı - FOTO

Puerto-Rikonun 21 yaşlı təmsilçisi Nellis Pimentel “Miss Yer Kürəsi – 2019” müsabiqəsinin qalibi olub.

“Miss Yer Kürəsi – 2019” titulunu o qazandı - FOTO

Qafqazinfo-ya istinadən bildiririk ki, bu barədə müsabiqənin Tvitter səhifəsində məlumat verilib.  

Müsabiqədə ümumilikdə 85 qız iştirak edib. Münsif heyəti “Miss Hava – 2019” tituluna amerikalı Emani Devisi, “Miss Su – 2019”a çexiyalı Klara Vavruşkovanı, “Miss Od – 2019”a isə Belarus vətəndaşı Alisa Manenoku layiq bilib.

Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.