Əməkdar artistdən ÇAĞIRIŞ:“Maska taxın ki, bu bəladan tez qurtulaq”

“Ay insanlar burdan sizə çağırış edirəm, evdən çıxanda mütləq maska taxın, özünüzü qoruyun. Axı siz həm də ətrafdakıları qorumalısınız. Bunu qulaqardına vurmaq olmaz”.

Bunu Peyk.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov koronavirusa biganə yanaşan insanlara səslənərkən deyib.

Aktyor özünün də tibbi qaydalara əməl etdiyini bildirib:

“Üç aydan çoxdur ki, pandemiyaya görə evdən bayıra çıxmıram. Nadir hallarda, həftədə bir dəfə evin yanındakı marketdən çörək alıb qayıdıram. Onda da mütləq maska taxıb, əlcək geyinirəm. Sosial məsafəni gözləyirəm. Bu virusa dırnaqarası baxmaq olmaz. Bu bəladan üç yolla qurtulmaq olar: sosial məsafə, əlləri yumaq, maska taxmaq. Nə qədər insan bu virusdan dünyasını dəyişdi. Hər gün də nə qədər insan bu virusa yoluxur. Bunun da səbəbkarı özümüzük. Ehtyatlı olmaq lazımdır. Maska taxmaqla yoluxmanın qarşısını ala bilərsiniz. Maska taxın ki, bu bəladan tez qurtulaq, normal işimizə qayıdaq. Mən aktyoram, yaradığılıqla məşğul olmaq istəyirəm. Teatrda yeni tamaşalarda oynamaq arzusunldayam, tamaşaçılarım üçün çox darıxmışam. Gəlin hamılıqla bu tibbi qaydalara əməl edək, maska taxaq ki, arzularımız tezliklə reallaşsın”.

Cəvahir

www.peyk.az