Moldovada hökumət istefaya çağırıldı

Moldovanın müxalif Hərəkət və Həmrəylik Partiyası şəhərlərarası sərnişin daşımalarının qiymətlərinin qaldırılması haqqında qərar qəbul edən hökumətin istefasını tələb edir.

Moldovada hökumət istefaya çağırıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu deputat İqor Qrosu keçirdiyi mətbuat konfransında deyib.

“Hökumət heç də xoş olmayan bir Milad bayramı hədiyyəsi etdi. İnsanlar nasaz, təhlükəli və sadə nəqliyyat vasitələrindən istifadə etməyə davam edəcək, lakin daha çox pul ödəməyə məcbur olacaqlar. Hazırkı durum yalnız nəqliyyat marşrutlarını monopoliya halına gətirmiş şəxslərin xeyrinədir. Bu, vətəndaşları ələ salmaqdır. Biz hökumətin istefasını tələb edirik ”, - deyə Qrosu bildirib.