Monqolustan “Formula-1” pilotundan üzr tələb etdi

“Mongol Identity” təşkilatı “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappeni kəskin tənqid edib. Bu barədə Gazeta.ru məlumat yayıb. Portuqaliya Qran-prisinə hazırlıq zamanı idmançı “Racing Point” komandasının kanadalı pilotu Lens Strolla toqquşub. Bu zaman M.Ferstappen onu “monqol” adlandırıb və bu ifadəyə...

Monqolustan “Formula-1” pilotundan üzr tələb etdi

“Mongol Identity” təşkilatı “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappeni kəskin tənqid edib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Portuqaliya Qran-prisinə hazırlıq zamanı idmançı “Racing Point” komandasının kanadalı pilotu Lens Strolla toqquşub. Bu zaman M.Ferstappen onu “monqol” adlandırıb və bu ifadəyə təhqirəmiz çalar verib.

“Mongol Identity” təşkilatı “monqol” ifadəsinin təhqiramiz nitqdə səsləndirilməsindən qəzəbini ifadə edib. “Formula-1”in məsələyə qarşı sərt çıxış etməməsinin məyusluq doğurduğu vurğulanıb.

Həmçinin “Mongol Identity” M.Ferstappendən üzr tələb edib.