Moskva özünütəcrid rejimini ləğv edir

Mer qeyd edib ki, sabah bərbər salonları və qəbiristanlıqlar açılacaq, karşerinq tam gücü ilə işləyəcək

Moskva özünütəcrid rejimini ləğv edir

Sabahdan etibarən Moskva özünütəcrid rejimini, qrafik üzrə buraxılış və gəzintini ləğv edir.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Moskva meri Sergey Sobyanin məlumat verib.

Mer qeyd edib ki, sabah bərbər salonları və qəbiristanlıqlar açılacaq, karşerinq tam gücü ilə işləyəcək.

Muzeylər, zooparklar, kitabxanalar, stomatologiya və yay verandaları iyunun 16-da, restoran və kafelər isə iyunun 23-də açılacaq.

Moskvanın parklarındakı uşaq oyun meydançaları, trenajorlar və skamyalar da iyunun 23-dək bağlı olacaq.