Moskvada 20 min insan Putinə səsləndi: Azad et!

Moskvada 20 min insan Putinə səsləndi: Azad et!
https://www.peyk.az

Hazırda Rusiyanın paytaxtı Moskvada 20 mindən çox insan öncədən hökumətlə razılaşdırılmış mitinqdə iştirak edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazçılar “Moskva işi” ilə bağlı saxlanılanlara dəstəklərini ifadə edərək, “Azad et!” şüarı səsləndirirlər.

Qeyd edək ki, Saxarova prospekti və ona bitişik küçələrdə hərəkət tamamilə dayandırılıb.

Milli Qvardiya və polis əməkdaşları təhlükəsizliyi təmin edir.

Xatırladaq ki, 14 və 27 iyul, 3 avqust tarixlərində keçirilən qanunsuz aksiyalarla bağlı ümumilikdə 1,7 mindən çox insan saxlanılıb.

İstintaq Komitəsi kütləvi iğtişaşlar və hökumət nümayəndələrinə zor tətbiq etmə maddələri ilə işi açıb.